“Şamaxı”da ayrılıq
30.05.2024 , 15:55
Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şamaxı” qapıçısı Əkpər Vəliyevlə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbut xidməti məlumat yayıb. 22 yaşlı qolkiperlə başa çatan müqavilə yenilənməyib. Klub ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, “Şamaxı” bu mövsüm Azərbaycan 1-ci liqasının qalibi olub və 2024/25 mövsümündə elitada iştirak etmək hüququ qazanıb.