“Neftçi” “Sumqayıt”la heç-heçəyə razılaşdı
07.04.2024 , 21:56
Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk matçında “Zirə” doğma meydanda “Qəbələ”ni qəbul edib. Görüşə “Qartallar”ın 4:0 hesablı qələbəsi ilə bitib.
Turun son oyununda isə “Neftçi” “Sumqayıt”ın müqavimətini qırmağa çalışıb. Matç heç-heçə ilə yekunlaşıb – 1:1.
Azərbaycan Premyer Liqası
XXIX tur
7 aprel
16:30 Zirə – Qəbələ – 4:0
Baş hakim: Rəvan Həmzəzadə
Zirə İdman Kompleksinin stadionu
20:00 Neftçi – Sumqayıt – 1:1.
Baş hakim: Elçin Məsiyev
“Neftçi Arena”