“Qarabağ” – “Sumqayıt” oyunu 3 manata
25.02.2024 , 09:56
Azərbaycan Premyer Liqasının 24-cü turunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” qarşılaşmasının biletləri oyun günü saat 11:00-dan etibarən “iticket.az”da satışa çıxarılacaq.
Korner.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər “iticket.az”da onlayn, həmçinin Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Bu gün keçiriləcək “Qarabağ” – “Sumqayıt” oyunu saat 19:00-da start götürəcək.