Yarımfinalın püşkü atıldı
26.01.2024 , 18:35
İspaniya kubokunun yarımfinal mərhələsinin püşkü atılıb.
Korner.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb .
Yarımfinalda “Malyorka” “Real Sosyedad”la, “Atletiko” isə “Atletik” ilə qarşılaşacaq.
Yarımfinalın ilk oyunları fevralın 6-da, cavab matçları isə fevralın 27-də keçiriləcək.