“Turan Tovuz” üçün Antalya hazırlığı
25.12.2023 , 12:49
“Turan Tovuz” mövsümün ikinci yarısına hazırlığını Türkiyədə keçirəcək.
Korner.az xəbər verir ki, bu barədə Tovuz klubu açıqlama yayıb.
Komanda yanvarın 3-də Antalyaya yollanacaq. Lara bölgəsində məskunlaşacaq “Turan Tovuz” yanvarın 17-dək burada hazırlığını davam etdirəcək. 3 yoxlama oyunu nəzərdə tutulub. Rəqiblərin adı isə hələlik açıqlanmayıb.