Çempion “Qalatasaray”!
31.05.2023 , 00:25
Türkiyə Super Liqasında XXXVI turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, gecənin əsas matçları “Ankaragücü”- “Qalatasaray” və “Fənərbağça” – “Antalyaspor” qarşılaşmaları olub. “Qalatasaray” səfərdə “Ankaragücü”nü 4:1, “Fənərbağça” isə evdə “Antalyaspor”u 2:0 hesabıyla məğlub etsə də, “cim-bom” əsas rəqibi ilə arasındakı xal fərqini 5-ə çatdıraraq, vaxtından əvvəl çempionluğunu elan edib. Bu ,”Qalatasaray”ın 23-cü çempionluğudur.
“Qalatasaray” 82 xalla turnir cədvəlində 1-ci, “Fənərbağça” isə 77 xalla ikinci pillədədir.
Türkiyə Super Liqası
36-cı tur
30 may
Alanyaspor – Kasımpaşa 1:3
Qollar: O.Aydın, 49 – Djilobodji, 60. Koyta, 65. Fall, 78.
Ankaragücü – Qalatasaray 1:4
Qollar: Milson, 16 – İkardi, 7; 38. B.Yılmaz, 73. Oliveyra, 78.
Fənərbağça – Antalyaspor 2:0
Qollar: E.Valensiya, 2. Zayç, 90+5.
Girəsunspor – Trabzonspor 2:4
Qollar: F.Genc, 74. Bayiç, 80 – U.Bozok, 30; 59. Bardi, 34. Bakasetas,
İstanbulspor – Adana Dəmirspor 0:2
Qollar: E.Akbaba, 35. Gulbrandsen, 90.
Fatih Karagümrük – Kayserispor 2:0
Qollar: Frey, 16; 28.
Sivasspor – Konyaspor 1:0
Qol: L.Ceyms, 17.