big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Kim düz deyir: AFFA-da “ayaq” “başı” eşitmir? (YAZI)

28.03.2013 , 07:28

Futbol bu ölkənin başına bəladı. Çünki “baş”dan-“aşağı”ya intriqa, xəyanət, riyakarlıq və yaltaqlıq hasarına alınıb. Və bu vəziyyət getdikcə özünü daha açıq şəkildə göstərir.
Milli adına çıxılan Berti Foqts və “papalarının” qurduğu komanda Lüksemburqla biabırçı heç-heçə etdi, ardınca Ronaldosuz, Nanisiz Portuqaliyaya uduzdu. Bu iki oyundan sonra AFFA başqanından tutmuş, vitse-prezidentə, baş katibə, baş məşqçiyədək hamı danışdı. Aşağıda hər birinin açıqlamasının “printsceern”-ini sadalayacaq və işarələrimizi də vuracağıq ki, milləti qoyun yerinə qoyub “otarmasınlar”…
 
“Printscreen – 1”:  Rövnəq Abdullayev Lüksemburqla oyundan sonra

 
http://www.azerisport.com/az/futbol/20130322105433220.html
 

 
AFFA başqanı “futbolçuları tənqid etmək olmaz, onlar mübarizə apardılar” deyir və dolayısıyla məsuliyyəti onların üzərindən götürür. Kimin üzərinə qoyur, aydın olur da yəqin… Abdullayevin biabırçılığa görə məsuliyyəti dolayısıyla yüklədiyi Berti Foqtsun da sözü var. Baxaq…

 
“Printscreen – 2”:  Berti Foqts Lüksemburqla oyundan sonra keçirilən mətbuat konfransında

http://affa.az/index.php?r=1&id=16720&lang=az
 

 
Nə demiş Berti əkə? Rövnəq bəyin ziddinə getmiş və demiş ki, futbolçular mübarizə aparmadılar, daha yaxşı oynamalı idilər. Ardınca AFFA-nın görüntüdə üçüncü, əslində isə baş fiqurundan da dəstək gəlir. “Printscreen”-ə davam…

 
“Printscreen – 3”:  AFFA-nın vitse-prezidenti, milli komandalardan birbaşa məsul Elşad Nəsirov Lüksemburqla oyundan sonra


 
http://www.azerisport.com/football/20130326070652924.html
 

 
Biz görmüşdük ki, ciddi idarələrdə, qurumlarda ikinci, üçüncü və ilaxırıncı adamlar birinci şəxsin sözünü nəinki təkzib edən açıqlama verməzlər, əksinə, onu “copy-paste” edərlər. Nəsirovun açıqlaması isə birbaşa ismarıcdı. Yəqin anlaşılır da kimə…
 Növbəti “printscreen”-ə keçəkmi?
 
 
“Printscreen – 4”:  AFFA-nın baş katibi Elxan Məmmədov Portuqaliyayla oyundan sonra

 

http://az.trend.az/news/sports/2132711.html
 

 
Katibi-baş da “day-dayı”nın dediyini təkrarlayır, günahı futbolçuların üzərinə atır dolayı yolla. Üstəlik, azarkeşlərə söz atır, şərləyir. Nə deyir, diqqət edin: “O insanlar ki "istefa" qışqırır, onlar bunu Azərbaycan futboluna qeyri-sabitlik gətirmək üçün bilə-bilə edirlər”. Mən Məmmədovun bu qədər dayaz düşündüyünü, inanın, heç vaxt ağlıma gətirməzdim. Sözlərindən belə çıxır ki, guya azarkeş Azərbaycan futbolunda qeyri-stabilliyin olmasında maraqlıdı. Lüksemburqla biabırçı oyundan sonra boykot edildiz, amma 10 manatından keçənlər tapıldı, stadion yenə, demək olar, doldu və siz bunun müqabilində o adamları təhqir edirsiz? Budumu sizin azarkeşə münasibətiniz? Amma haqlısan, Elxan Məmmədov, o azarkeş bu təhqirindən pay götürməyəcək və sabah yenə o stadiona gedəcək, əsəb qazanacaq, tüpürəcək, “bir də millinin oyununa gəlsəm, atama lənət” – deyəcək və 3-5 ay sonra ürəyi dözməyəcək, yenə gedəcək stadiona… Foqts isə öz xarabasına qayıdandan sonra biabır edəcək sizi də, milləti də. Baxın, adam Portuqaliyayla oyundan bir gün sonra “Bild”ə nə deyir…

“Printscreen – 5”:  Berti Foqtsun Portuqaliyayla oyundan sonra “Bild” qəzetinə açıqlaması

 
http://salamnews.org/az/news/read/65786/berti-foqts-nbspldquobildrdquo-qezetinenbspmeglubiyyetin-sebeblerini-accediliqlayib/
 

 
Utanıb eləməyin, əşi. Birinci dəfə deyil ki…
Siz – yığmaya futbolçu verən klublarımızın baş məşqçiləri, siz də susun. Necə ki, 2 gündü sualımızı, zənglərimizi cavabsız qoyursuz. Sürü psixologiyasının qulları..!

Saleh Arslan

Son yazılar

To Top