Millidən məğlubiyyət
24.08.2022 , 14:15
Bosniya və Herseqovinada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu ölkənin müvafiq yaş qrupundan ibarət yığması ilə ilk yoldaşlıq oyununu keçirib.
Korner.az xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Bu komandalar arasında növbəti oyun avqustun 25-də olacaq.