Nurlan İbrahimovun işi yenə ertələndi
05.08.2022 , 14:42
İdman Arbitraj Məhkəməsi (CAS) Nurlan İbrahimovun işi üzrə qərarın açıqlanma tarixini növbəti dəfə uzadıb.
Korner.az xəbər verir ki, qərar sentyabrın 11-də verilməlidir. Məlumatı İbrahimovun vəkili Fərid Haqverdiyev yayıb.
FIFA Vətən müharibəsi dövründə feysbuk paylaşımına görə “Qarabağ”ın sabiq mətbuat katibinin futbolla bağlı fəaliyyətinə ömürlük qadağa qoyub. Nurlan İbrahiomov bu qərardan CAS-a şikayət ünvanlayıb.