“Qəbələ” Konfrans Liqası ilə vidalaşdı
29.07.2022 , 00:22
“Qəbələ” bu gün Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan “Fehervar”ı ilə cavab oyununa çıxıb.
Korner.az xəbər verir ki, Macarıstan təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Oyun “Qəbələ”nin qələbəsiylə başa çatıb – 2:1. İlk oyunda 1:4 hesabıyla uduzan Azərbaycan təmsilçisinə bu qələbə kifayət etməyib. Bununla da “Qəbələ” Konfrans Liqasında mübarizəni dayandırıb.
Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
28 iyul
20:00. “Qəbələ” (Azərbaycan) – “Fehervar” (Macarıstan) – 2:1
Qol: Rövlan Muradov, 34, Felipe Santos, 72 – Zivzivadze, 44
Hakimlər: Kristofer Yager, Robert Ştaynaxer, Santino Şrayner, Markus Hameter (Avstriya)
Qəbələ şəhər stadionu
İlk oyun – 1:4