“Qarabağ”ın keçmiş futbolçusunun oğlu öldü
28.07.2022 , 15:00
“Qarabağ”ın keçmiş futbolçusu Yakub Jezniçakın oğlu Olivier vəfat edib.
Korner.az xəbər verir ki, bu barədə məlumatı polşalı müdafiəçinin formasını geyindiyi Plotsk “Visla”sı rəsmi saytı vasitəsilə yayıb.
Xəbərdə bildirilib ki, Jezniçak – Maqdalena Stepyen cütünün körpəsi 1 yaş 10 günlüyündə ölüb. Buna səbəb onun qaraciyər xərçəngindən əziyyət çəkməsi olub. Körpə İsraildə müalicə aldığı klinikalardan birində vəfat edib.
Jezniçak 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib və 2 dəfə Azərbaycan çempionu olub.