“Turan Tovuz”un Gürcüstandakı rəqibləri bilindi
23.07.2022 , 11:22
Gürcüstanda təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz” 3 yoxlama oyunu keçirəcək.
Korner.az xəbər verir ki, artıq rəqiblərin kimliyi, oyunların günü və başlama saatları məlumdur. Komanda iyulun 23-də “Merani”, 27-də Tbilisi “Dinamo”su, 29-da isə “Qaqra” ilə qarşılaşacaq.
Yoxlama oyunları
23 iyul, saat 17:00, “Merani” (Tbilisi)
27 iyul, saat 20:00, “Dinamo” (Tbilisi)
29 iyul, saat 17:00, “Qaqra” (Tbilisi)