“Qəbələ”nin futbolçusu komanda ilə məşqlərə başladı
03.05.2022 , 17:02
“Qəbələ”nin iki futbolçusu hazırlıqda iştirak etmir.
Korner.az xəbər verir ki, Yaovi Akakpo və Gülağa Əsədov bərpa prosesini proqram üzrə davam etdirir.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İordaniyalı yarımmüdafiəçi Omar Hani isə zədəsini sağaldaraq məşqlərə başlayıb.
Omar Hani zədə səbəbindən iki aya yaxındır ki, komandasına kömək edə bilmir.