“Qarabağ”dan Toral Bayramovla bağlı açıqlama
14.03.2022 , 20:47
“Qarabağ”da Premyer Liqanın XIX turunda “Sabah”a qarşı keçirilən oyunda zədələnən Toral Bayramovun son durumu məlum olub.
Korner.az xəbər verir ki, bu gün aparılmış MRT müayinəsindən sonra müdafiəçinin əzələ toxumalarında xəsarət aşkarlanıb. Müayinəyə əsasən, zədənin ciddi olmadığı müəyyənləşib.
Həkimlər Toral Bayramovu Premyer Liqanın 20-ci turunda keçiriləcək “Zirə” ilə oyuna hazır etməyə çalışacaqlar.