Azərbaycanı təmsil edən idmançı final mərhələsində iştirak etdi
10.02.2022 , 10:46
Pekin-2022 Qış Olimpiya Oyunları davam edir.
Korner.az xəbər verir ki, Azərbaycanı təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev final mərhələsində iştirak edib.
İdmançımız sərbəst proqramda 2-ci qrupda mübarizə aparıb. Litvintsev sərbəst proqramda 155.04 xal toplayıb və 24 idmançının qatıldığı yarışda hazırda 239,19 xalla 6-cı pillədə qərarlaşıb.
Konkisürən fevralın 8-də qısa proqramda 84,15 xalla 18-ci olub. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşir.
Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də məharətini göstərəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.