“Neftçi”nin ilk oyununun başlama vaxtı
12.01.2022 , 16:12
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin hazırlıq zamanı keçirəcəyi ilk yoxlama oyununun başlanma saatı açıqlanıb.
Korner.az xəbər verir ki, Macarıstanın “Kişvarda” klubu ilə yanvarın 14-ü baş tutacaq sınaq matçı Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. “Emirhan Sports Complex Side”ın stadionunda keçiriləcək oyun “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşan komanda qonşu ölkədə daha 2 yoxlama görüşü keçirməyi planlaşdırır. “Neftçi”nin ikinci rəqibi yanvarın 19-da Polşanın “Visla” (Plotsk) klubu olacaq. Yanvarın 24-dəki rəqib dəqiqləşəndə, bu haqda əlavə məlumat veriləcək.