“Qarabağ” haqqında film çəkiləcək
28.12.2021 , 18:25
“Qarabağ” haqqında çəkilən sənədli filmdə klubun indiyədək üzləşdiyi problemlər əksini tapacaq.
Korner.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov məlumat verib. Onun sözlərinə görə, filmdə klubun tarixindən bəhs ediləcək: “Bildiyiniz kimi, “Qarabağ” 30 ilədək “qaçqın komanda” olub, doğma Ağdam şəhərində azarkeşləri qarşısında oynaya bilməyib. “Qarabağ” adı daşıdığı üçün kluba qarşı ədalətsizliklər baş verib. Buna görə də filmdə bütün ədalətsizliklər, o cümlədən, hakim haqsızlıqları, bir sözlə, hər şey göstəriləcək”.
A.Kərimov ekran əsərində klubun nailiyyətlərinin də əksini tapacağını vurğulayıb: “Bu komanda Azərbaycanı, Qarabağımızı tanıdır, bayrağımızı hər zaman uca tutur, bizi qürurlu edir. Filmdə “Qarabağ” klubunun 30 il ərzindəki şərəfli missiyasına yer veriləcək”.
“Qarabağ” haqqında sənədli film 2022-ci ildə ərsəyə gətiriləcək. (report.az)