Nuriyev üçün 64 dəqiqə
31.07.2021 , 11:01
Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyev Ukraynanın “Kolos” klubunda növbəti matçına çıxıb.
Korner.az xəbər verir ki, onun komandası Premyer Liqanın II turunda “Metallist”lə qarşılaşıb.
“Kolos” doğma meydanda baş tutan bu görüşdən qələbə ilə ayrılıb – 1:0. Oyuna start heyətdə başlayan Nuriyev, 64-cü dəqiqədə əvəzlənib.
“Kolos” 2 turdan sonra 4 xalla 2-ci pillədə qərarlaşıb.