U-17 millimiz uduzdu
31.07.2021 , 10:25

Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, yığmamız birinci divizion təmsilçisi MOİK-lə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
U-17-nin heyətində Adəm Topalov fərqlənib.
