AVRO-2020: Danimarka və İngiltərə yarımfinalda
04.07.2021 , 01:00
Bu gün Avro-2020-də 1/4 final mərhələsinə yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib.
Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka milliləri qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn Danimarka yarımfinala yüksəlib.
Günün və mərhələnin son görüşündə isə İngiltərə və Ukrayna yığmaları üz-üzə gəlib. İngiltərə millisi 4 cavabsız qolla qalib gəlib.
AVRO-2020
1/4 final
3 iyul
20:00. Çexiya – Danimarka – 1:2
23:00. Ukrayna – İngiltərə – 0:4