Milli İtaliyaya məğlub oldu
28.06.2021 , 17:19
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
Korner.az xəbər verir ki, 7-ci yer uğrunda oyunda İtaliya yığması ilə qarşılaşan komandamız 1:10 hesabı ilə məğlub olub.
Millimizin yeganə qolunu Sabir Allahquliyev vurub.