“Trabzonspor”dan yeni transfer
28.06.2021 , 18:44

“Trabzonspor” növbəti transferini reallaşdırıb.
Korner.az xəbər verir ki, Qara dəniz təmsilçisi “Kasımpaşa”dan ayrılan Beqali-Fode Koytanı heyətinə qatıb.
Hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Koyta 2016-cı ildən “Kasımpaşa”da çıxış edirdi.
