AFFA və UEFA prezidentləri görüşdü
17.06.2021 , 10:43
Avro-2020-nin A qrupu çərçivəsində dünən Bakı Olimpiya Stadionunda keçirilmiş Türkiyə – Uels oyunundan əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev qarşılaşmanı izləmək üçün Bakıda səfərdə olan UEFA-nın prezidenti Aleksander Çeferinlə görüşüb.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.