“Sabah” 3 futbolçu ilə yollarını ayırdı – Rəsmi
21.05.2021 , 17:16
“Sabah” müqavilə müddəti bitən Məhəmməd Mirzəbəyov, Amadu Diallo və Alvaro Vilyete ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mirzəbəyov və Diallo 2019-cu ilin iyun ayından komandanın uğurları üçün çalışırdı. Vilyete isə ötən ilin sentyabrında Kolumbiyanın “Patriotas” klubundan mövsümün sonuna kimi icarəyə götürülmüşdü.