“Neftçi” “Qarabağ” üçün hazırdı
18.05.2021 , 22:31
“Neftçi” Premyer Liqanın sonuncu – 28-ci turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la matçın hazırlığını başa vurub.
Korner.az xəbər verir ki, komanda bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə oyunöncəsi son məşqə çıxıb. Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.
Çempionu müəyyənləşdirəcək “Neftçi” – “Qarabağ” oyunu mayın 19-u saat 20:30-da “Dalğa Arena”da keçiriləcək.