“Səbail”in zədəli futbolçusu meydana döndü
18.05.2021 , 15:30
“Səbail”in zədəli futbolçusu Rauf Əliyev artıq sağalıb və komanda ilə məşqlərə başlayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı hücumçu Premyer Liqanın 26-cı turunun “Səbail” – “Neftçi” matçında (0:4) başından ağır zədə almışdı. Təcili xəstəxanaya aparılan millimizin sabiq hücumçusuna bir neçə tikiş atılmışdı. Əliyev bu səbəbdən 27-ci turun “Zirə” – “Səbail” matçını (0:2) buraxmışdı.
“Səbail” çempionatın son turu çərçivəsində sabah “Sumqayıt”la qarşılaşacaq. “ASCO Arena”da keçiriləcək oyuna saat 18:00-da start veriləcək.