Azərbaycan milli komandasının yanvarın 29-dan fevralın 6-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışına daha bir futbolçu dəvət olunub.
Korner.az-ın məlumatına görə, əvvəlcə adı ehtiyat heyətdə qeyd olunmuş Cavid İmamverdiyev ("Neftçi") millinin hazırlıq prosesində iştirak edəcək.
Xatırladaq ki, hazırlıq prosesi çərçivəsində millimiz fevralın 1-də Özbəkistan yığması ilə yoxlama oyunu, fevralın 6-da isə Lixtenşteyn millisi ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.