Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilir – Yenilənir
16.02.2021 , 11:44
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
Mərhələnin maraqla gözlənilən oyunu İspaniyada keçiriləcək. “Barselona” öz meydanında ötən mövsümün finalçısı PSJ-ni sınağa çəkəcək.
Eyni saatda başlayacaq digər qarşılaşma Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. “Leyptsiq” koronavirus səbəbiylə Almaniyaya gedə bilməyən “Liverpul”la üz-üzə gələcək.
1/8 final mərhələsinin növbəti iki oyunu fevralın 17-də keçiriləcək. “Portu” “Yuventus”u, “Sevilya” Dortmund “Borussiya”sını qəbul edəcək.
Çempionlar Liqası, 1/8 final, ilk oyunlar
16 fevral
00:00 Leypsiq (Almaniya) – Liverpul (İngiltərə)
00:00 Barselona (İspaniya) – PSJ (Fransa)