Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan hakimlərimiz bir neçə tanınmış klubun oyunlarına təyinat alıblar.
Korner.az-ın məlumatına görə, 4 qarşılaşmada söz sahibi olacaq hakimlərimizin idarə edəcəyi oyunlar sırasında "Simurq"un matçı da var.
"Simurq" (Azərbaycan) – "Akjayik" (Qazaxıstan)
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Elman Musayev.
"İstanbul BB" (Türkiyə) – "Spartak" (Moskva, Rusiya)
Hakimlər: Namiq Bəkirov, Munis Abdullayev, Azər Əsgərov.
"Bandurma" (Türkiyə) – "Korfus" (Türkiyə)
Hakimlər: Ramil Əhmədov, Rza Məmmədov, Mübariz Haşımov.
"Denizlispor" – "Zingenspor"
Hakimlər: Fərid Məmmədov, İlham Əliyev, Knyaz Əmiraslanov.
Qeyd edək ki, bu oyunlara təyinat alan baş hakimlər gənc, köməkçilər isə təcrübəli referilərimizdir.