A Seriyası klubu sabiq baş məşqçisinə tapşırıldı
08.01.2021 , 18:15
“Parma”nın yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, komandanı bundan sonra Roberto Daversanı çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
45 yaşlı mütəxəssislə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb. O, bu postda Fabio Liveranini əvəzləyib.
“Parma”nı 2016-cı ildən ötən ilin avqustuna qədər məhz Daversa çalışdırıb.