Dünyanın iki ulduz futbolçusu Lionel Messi və Kriştiano Ronaldo martın 2-də keçiriləcək "El Klasiko"ya həsr olunmuş reklam çarxına çəkiliblər.
Korner.az-ın məlumatına görə, videoda iki ulduz futbolçu aşağıdakı yazışmanı aparırlar:
Messi: Səbirsizliklə "El Klassiko"nu gözləyirəm.
Ronaldo: Mən də. Sənə qarşı oyunlarda qol vurmağı sevirəm.
Messi: Ha-ha. Həmin vaxta qədər yeni rekordlar vuracam.
Ronaldo: Ha-ha-ha-ha… LOL!
Messi: Martda görüşərik.
Ronaldo: Səbirsizliklə gözləyirəm.