Super Liqa klubunda yeni müqavilə
23.12.2020 , 18:37
“Alanyaspor”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, klub yunan müdafiəçisi Georgios Tsavellasın müqaviləsinin müddətini uzadıb.
Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Futbolçu ilə 2023-cü ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.
Tsavellas 2017-ci ilin yanvarından “Alanyaspor”da çıxış edir.