Hazırlıqlarını Antalyada davam etdirən "Qarabağ"ın yeni transferi Kristian Torres Ağdam klubuna keçidi ilə bağlı fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan argentinalı futbolçu "Qarabağ"a keçdiyi üçün çox xoşbəxt olduğunu bildirib:
"Qarabağ" kimi iddialı komandaya gəldiyimə görə məmnunam. Azərbaycana ilk gəldiyim gündən "Qarabağ" göstərdiyi futbolla diqqətimi cəlb edib. Texnikalı oyuna üstünülk verən komanda mənim də oyun üslubuma uyğundur. "Qarabağ" daim iddialı olub. Bilirəm ki, "Qarabağ" çempionluğa oynayır. Çalışacam ki, yeni komandamın hədəfinə çatması üçün ən yaxşısını edim".