Avropa Liqasında sükut
10.12.2020 , 18:12
Avropa Liqasının qrup mərhələsinin bu gün keçiriləcək VI tur oyunları bir dəqiqəlik sükutla başlayacaq.
Korner.az xəbər berir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Matçlar bu gün vəfat edən italiyalı keçmiş futbolçu Paolo Rossinin xatirəsinin anılması üçün 1 dəqiqəlik sükutla başlayacaq.
64 yaşında vəfat edən Rossi İtaliya yığması ilə DÇ-1982-nin qalibi olub və həmin ildə “Qzıl top”u qazanıb.