Antalyaya təlim-məşq toplanışına yollanan "Simurq" klubu ötən gün 2013-cü ildə ilk məşqinə çıxıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə gündə iki dəfə olmaqla hazırlıqları davam etdirəcək komanda səhər çalışmalarına yerli vaxtla saat 11:00-da başlayıb.
İkinci məşq isə saat 17:00-da baş tutub. Baş məşqçi Georgi Çixradze əvvəlcə bütün komanda ilə qısa söhbət etdikdən sonra fiziki ağırlıqlı çalışmalara başlanılıb.
İki qrupa bölünən futbolçular uzun məsafəli qaçışdan sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin başçılığı altında onun tapşırıqlarını yerinə yetiriblər. İkinci məşq isə daha çox topla olub. Burada da qruplara bölünən futbolçular, qısa ötürmələr üzərində çalışıblar.