Türkiyənin "Qalatasaray" klubu qış fasiləsində ilk yoxlama matçını keçirib.
Korner.az-ın məlumatına görə, "Cim-Bom"un rəqibi aşağı liqa təmsilçisi “Alanyaspor” olub.
Qarşılaşma Fatih Terimin rəhbərlik etdiyi komandanın 6:2-lik qələbəsi ilə yekunlaşıb. "Aslan"ın heyətiondə Elmander 3, Aydın 2, Burak isə 1 dəfə fərqlənib.
Qeyd edək ki, bu matçda Felipe Melo və Muslera oynamayıb.