Qış hazırlıqı çərçivəsində "Milan"ın aşağı liqa klubu "Pro Patrio" ilə yoldaşlıq oyununda qalmaqal yaşanıb.
Korner.az-ın məlumatına görə, buna səbəb "Pro Patrio"lu azarkeşlərin "Milan"ın üzvü Kevin-Prins Boatenqi irqçi sözlərlə təhqir etməsi olub. Dördüncü liqada mübarizə aparan komanda ilə oyunun gedişində Boatenq əsəblərinə hakim ola bilməyincə meydana çıxıb və vəziyyət daha da gərginləşib.
Matçı idarə edən hakim isə oyunu yarımçıq dayandırmalı olub.