Futbol üzrə Azərbaycan milli komandasının sabiq futbolçusu Arif İsayev xarici çempionatda çıxış edəcək.
Bu barədə Korner.az-a açıqlamasında futbolçu özü məlumat verib.
AZAL-da forma şansı tapa bilməyincə, "təyyarəçilər"dən ayrılan yarımmüdafiəçi xarici klubdan təklif aldığını və bu təklifi qəbul etdiyini bildirərək, legioner həyatı yaşamaq istədiyini qeyd edib:
"AZAL-dan ayrıldıqdan sonra xarici klubdan təklif aldım və bunu qəbul etdim. Legioner həyatı yaşamaq istəyirəm. Buna görə də, xaricdə oynamaqla özümü sübut etmək istəyirəm. Ad açıqlamayacam, yaxın günlərdə biləcəksiniz".