Fransanın PSJ klubu daha bir futbolçunu sırlaraına qatıb.
Korner.az-ın məlumatına görə, Paris təmsilçisi Braziliyanın "San Paula" klubunun gənc futbolçusu Moura ilə 4,5 illiyə müqavilə imzalayıb.
Londonda keçirilən Yay Olimpiya oyunlarında Braziliya millisinin gənclərdən ibarət komandasında forma geyinən Mouranı "San Paulo"dan 45 milyon avroya transfer etdi.
Hal-hazırda Qətərin Doha şəhərində təlim-məşq toplantısında olan PSJ yeni futbolçusu ilə elə buradaca müqavilə imzalayıb.
