Madrid "Real"ın baş məşqçisi Joze Mourinyonun "kral" klubundan ayrıldıqdan sonra, bu posta keçəcəyi deyilən italyan çalışdırıcı Marsello Lippi bu xəbərləri yalanlayıb.
Korner.az-ın məlumatına görə, əfsanəvi fransız futbolçu Zinəddin Zidan Mourinyonun gedişindən sonra Madrid klubu üçün ən yaxşı baş məşqçi məhz Lippi seçiminin ola biləcəyini bildirmişdi.
Hal-hazırda Çinin "Quangzou Everqrande" klubunu çalışdıran 64 yaşlı mütəxəssisin "Kiss Kiss'"ə açıqlamasında Zinəddin Zidanın fikirlərinə hörmətlə yanaşdığını bildirərək bunları deyib:
"Zidanın tövsiyyəsi ilə "Real"a gedəcəm? Bunlar yanlış məlumatlardı. Adımın "Real"la hallanması məni sevindirən məqamlardandı. Ancaq belə bir söhbət belə gedə bilməz. Çünki hal-hazırda "Quangzou Everqrande" ilə müqaviləm var".