Türkiyənin "Qalatasaray" klubu qış transfer "pəncərəsi"nin açılmasına az müddət qalmış yeni bir futbolçuya elçi düşüb.
Korner.az-ın məlumatına görə, "Cim-Bom" İtaliya nəhəngi "İnter"ın argentinalı futbolçusu Rikki Alvareslə yaxından maraqlanır.
Milan təmsilçisinin heyətində 10 oyunda meydana çıxan 24 yaşlı yarımmüdafiəçinin "Qalatasaray"a keçəcəyi haqda İtaliya mətbuatı yayır.
Qeyd edək ki, "neradzurra" iləmüqaviləsinin müddəti 2016-cı ilə qədər olan Alveres “Portu”, “River Pleyt” və bir neçə alman klubunun hədəfindədir.
