AZAL-dan ayrılaraq "Bakı" ilə ortaq məxrəcə gəldiyi deyilən Aqil Nəbiyev paytaxt klubuna keçməzdən öncə Türkiyə Bank Asya liqasında mübarizə aparan "Şanlurfaspor"dan təklif alıbmış.
Korner.az-ın əldə etdiyi məlumata görə, Nəbiyev son anda "Bakı"nı seçib və qarşı tərəfə "yox" deyib.
Buna səbəb isə həmin liqada mübarizə aparan klubların futbolçuların maaşlarını vaxtlı-vaxtında verməməsidi. Azərbaycan milli komandasının digər üzvü Cavid Hüseynov da çıxış etdiyi "Adana Dəmirspor"da maaşını vaxtlı-vatxında ala bilməməsindən şikayət etmişdi.