“Qarabağ”ın istədiyi futbolçu klubundan ayrılır
15.05.2020 , 18:44
“Qarabağ”ın mövsümün əvvəlində heyətinə qatmaq istədiyi qapıçı Markos Dias “Boka Xuniors”dan ayrılır.
Korner.az xəbər verir ki, 34 yaşlı qolkiperin iyunun sonunda başa çatan müqaviləsi yenilənməyəcək.
Onun xidmətində İspaniya La Liqa təmsilçisi “Leqanes”in maraqlandığı iddia olunub.
“Qarabağ” yeni mövsümdən heyətinə yeni qapıçı cəlb etmək niyyətindədir. Markos Dias 2019-cu ilin avqustunda Ağdam təmsilçisinin təklifini geri çevirib.