Türkiyənin "Fənərbağça" klubunun prezidenti Əziz Yıldırım Uesli Sneyderin "sarı lacıvərdli" kluba transferi ilə bağlı açıqlanan məğləği yalanlayıb.
Korner.az-ın məlumatına görə, "Fənər"in başkanı Sneyderlə bağlı məsələyə belə aydınlıq gətirib:
"Sneyderlə bağlı deyilən 6-8 milyonluq transfer xəbərləri ilə bu iş həll olunmaz. Çünki biz bir mövsümdə futbolçuya bu qədərə pul verə bilmərik. Belə bir şey etsək komanda daxili stabillik pozular. Azarkeşlərimizin belə fubolçu istəməsi normaldı. Aykut Kocamanın bizə verəcəyi siyahı əsasında komandaya lazm olan transferlər ediləcək".