Topaz Premyer Liqasının XVI turunda “Qarabağ”a məğlubiyyət “Kəpəz”in kapitanı Azər Məmmədova pis təsir edib.
Korner.az-ın məlumatına görə, təcrübəli müdafiəçi klubunun rəsmi saytına qısa açıqlamasında həmin oyunla bağlı belə danışıb:
“Məncə, çox danışmağa ehtiyac yoxdu. Hamı oyunu izlədi. Rəqib bizdən güclü idi və qələbə qazandı. Özümüzə gəlincə, zəif oynayıb uduzduq”.
Qeyd edək ki, “Kəpəz” “Qarabağ”a 1:3 hesabı ilə uduzub.