"Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim Kakanın istədiyini bir daha deyib.
Korner.az-ın məlumatına görə, "imperator" ləqəbli baş məşqçi "İnter"dən Sneyder və "Volfsburq"un braziliyalı futbolçusu Dieqonu istəmədiyini, onların əvəzində "Real"ın futboçusu Kakanın transferinin həll edilməsinin tərəfdarı olduğunu bildirib:
"Bu günə kimi mən transferlə bağlı heç nə danışmadım. Əgər transfer lazım olarsa klubunun prezidenti ilə danışaram. Sneyder və Dieqo iddialarını kim çıxardıb bilmirəm. Bu haqda prezidentdə mənə demişdi. Mən isə ona bunların əvəzində Kakanı istədiyimi bildirdim. Onlara xeyr, Kakaya bəli cavabını verdim. Bunlardan başqa başkanla heç bir transfer söhbəti etməmişik".