"Simurq"un bosniyalı müdafiəçisi Dilavər Zrnanoviç "Xəzər Lənkəran"la oyunöncəsi klubun rəsmi fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, təcrübəli futbolçu "Simurq" azarkeşlərinin bu qarşılaşmada komandaya dəstək olmağa çağırıb:
"Son iki oyundan sonra futbolçuların əhval-ruhiyyəsi çox yaxşıdır. Hazırda bütün komanda var gücüylə qarşıdakı "Xəzər Lənkaran"la oyuna hazırlaşır və bütün diqqəti bu qarşılaşmaya yönəldib. Azərkeş köməkliyi ilə bu matçda da rəqibi məğlub etmək istəyirik. Bunun üçün bizə tam doldurulmuş tribunaların dəstəyi lazımdır. Bu oyunda zaqatalalı azərkeşlər bizim 12-ci oyunçumuz olacaq".