Rusiyanın "Anji" klubu növbəti supertransferinə hazırlaşır.
Korner.az-ın məlumatına görə, Mahaçkala təmsilçisi "Çelsi"nin və İspaniya milli komandasının hücumçusu Fernando Torresə göz dikib.
Dünya və Avropa çempionunun "Anji"yə keçidi qışda alınmasa, müqavilənin yayda imzalanması baş tuta bilər. 80 milyon dollara "zadəganlar"a transfer olunan Torres üçün London klubunun qarşı tərəfdən hansı məbləğli istəyəcəyi maraqlıdı.