Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının növbəti reytinq cədvəlini açıqlayıb.
Korner.az-ın məlumatına görə, ölkəmizi 451 komandanın qərarlaşdığı siyahıda 2 komanda təmsil edir.
Avropa Liqasında təmsil edən "Neftçi" bu dəfə 44 pillə irəliləyib. 213-cü yerə qalxan "ağ-qaralar" 87 xala malikdir. Bununlada "Neftçi" Türkiyənin "Trabzonspor" klubunu da, geridə qoyub. Paytaxt klubu 87 xall "Real" (Peru), "Lex" (Polşa) və "Dinamo" (Zimbabve) klubları ilə birgə 213-cü yeri bölüşür.
Digər təmsilçimiz “İnter” 7 pillə irəliləyərək, 420-ci yerə qalxıb – 62 xal.
Siyahıya İspaniyanın iki klubu başçılıq edir. “Barselona” və “Atletiko” müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşürlər. Argentinanın “Boka Xuniors” klubu 284 xalla ilk “üçlüy”ü qapayır.