İspaniyanın "Atletiko" klubunun şərəfini qoruyan Arda Turan evlənməyə qərar verib.
Korner.az-ın məlumatına görə, türkiyəli futbolçu uzun müddətdir aktrisa Sinəm Koballa sevgilidi.
Madrid klubunun futbolçusu olan Arda Turan nikah şahidliyini Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanın etməyini istəyir.
Nazir futbolçudan bu təklifi Madriddə rəsmi səfərdə olarkən alıb və öz razılığını verib. "Ay-ulduzlular"ın da aparıcı futbolçusu olan Arda toy etmək üçün “La Liqa”da mövsümün başa çatmasını gözləyir.